“Western Union ilə daha varlı”

MİLLİ KAMPANİYASININ RƏSMİ REQLAMENTİ

Kampaniyanın keçirildiyi dövr: 1 sentyabr – 31 dekabr 2015-ci il

 

BÖLMƏ 1. MİLLİ KAMPANİYANIN TƏŞKİLATÇISI

“Western Union ilə daha varlı” (bundan sonra “Kampaniya”) Milli Kampaniyasının təşkilatçısı –Azərbaycan Respublikasındakı, Bakı AZ1065, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40 ünvanında yerləşən və direktor cənab Kristina Barbaiani tərəfindən təmsil olunan “Grupul Proiectelor Inteligente” MMC  (bundan sonra “Təşkilatçı”) şirkətidir.

Hazırki Reqlamentin qaydalarına əsasən, Milli Kampaniyanın keçirilməsi haqqında qərar iştirakçılar üçün yekun və məcburi sayılır.

Rəsmi Reqlament Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq Azərbaycan dilində tərtib edilmişdir və “Grupul Proiectelor Inteligente” MMC şirkətinin ünvanına (Azərbaycan Respublikası, Bakı AZ1065, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40) məktub göndərmək yolu ilə, yaxud Təşkilatçının tərəfdaşlarının istənilən pəncərəsində təmənnasız olaraq hər bir ərizəçiyə təqdim olunur.

Təşkilatçı hazırki Reqlamentə əlavə aktın tərtib edilməsi yolu ilə, Kampaniyanın tərəfdaşları ilə ilkin razılıq əldə etdikdən sonra hazırki rəsmi Reqlamentdə müvafiq dəyişikliklər etmək hüququna malikdir; bu şərtlə ki, belə dəyişikliklər yalnız ictimaiyyəti məlumatlandırdıqdan sonra qüvvəyə minməlidir.

Heç bir dəyişiklik əks qüvvəyə malik ola bilməz və hər hansı dəyişiklik daxil edilənə qədər artıq qeydiyyatdan keçmiş bütün iştirakçılar əldə etdikləri hüquqlardan istifadə edəcəklər. Təşkilatçı www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində dərc olunduqdan sonra, İştirakçıların edilmiş dəyişikliklər ilə tanış olmamasına görə heç bir məsuliyyət daşımır.

Rəsmi Reqlament Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq Azərbaycan dilində tərtib edilmişdir. Rəsmi Reqlamentin düzgün təfsir edilməsində hər hansı fikir ayrılıqları yarandıqda, sənədin Azərbaycan versiyası təfsir üçün əsas kimi götürüləcəkdir.

Hazırki müsabiqə heç bir halda Facebook sosial şəbəkəsi ilə əməkdaşlıq şəraitində qismən və ya bütünlükdə maliyyələşdirilmir, idarə olunmur və ya təşkil edilmir.

BÖLMƏ 2. KAMPANİYANIN KEÇİRİLDİYİ YER

Kampaniya Facebook sosial şəbəkəsinin www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində təşkil olunacaq və hazırki Reqlamentin müddəalarına müvafiq olaraq reklam materialları əsasında müəyyən edilə bilən iştirakçı təşkilatçılarda, Azərbaycan Respublikasının bütün ərazisində keçiriləcək.

TƏRƏFDAŞLAR:

Kampaniyanın tərəfdaşları:

Western Union Financial Services MMC, AFBBank, AtaBank, AtraBank, Expressbank, Kapital Bank, Parabank, RabitaBank, Bank Standard.

 

BÖLMƏ 3. KAMPANİYANIN MÜDDƏTİ

Kampaniya 1 sentyabr 2015-ci il tarixində başlayır və 31 dekabr 2015-ci il tarixində başa çatır (“Kampaniyanın müddəti”).

Kampaniyanın başlanmasına qədər və onun bitməsindən sonra Rəsmi reqlamentində qeyd edilən müddəaların icrası Kampaniyada iştirak üçün əlavə hüquq və imtiyaz vermir.

Təşkilatçı hazırki Kampaniyanın bitmə tarixini dəyişmək hüququna malikdir. İstənilən dəyişiklik hazırki Reqlament üzrə əlavə aktda bildirilir və dərc edildiyi tarixdən qüvvəyə minir. Kampaniyanın bitmə tarixindən sonra Təşkilatçı Kampaniyanın yenilənməsi və ya davam etdirilməsi ilə bağlı qərara gətirib çıxara bilən istənilən müddəa ilə əlaqədar (mahiyyətindən asılı olmayaraq) heç bir cavabdehlik daşımır və hər hansı öhdəliyi öz üzərinə götürmür.

 

BÖLMƏ 4. İŞTİRAK HÜQUQU

Kampaniya, hazırki Reqlamentin müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində keçirilir. Kampaniya başlayan müddətə qədər ən azı 18 yaşına çatmış, Azərbaycan Respublikasında yaşayan və hazırki Reqlamentin müddət və müddəaları ilə razılaşan istənilən şəxs bu Kampaniyada iştirak edə bilər (“İştirakçılar”).

Kampaniyada qeydiyyatdan keçmək üçün, iştirakçılar kampaniyanın keçirildiyi dövrdə Western Union vasitəsilə ən azı bir əməliyyat həyata keçirməlidirlər (əməliyyatın dəyərindən asılı olmayaraq, nağd pul vəsaitlərinin göndərilməsi və ya alınması). Əməliyyat tamamlandıqdan sonra, əldə edilmiş qəbz Kampaniyanın keçirildiyi bütün dövrü ərzində (həmçinin bu dövr bitdikdən sonra) saxlanılmalıdır; bu qəbz, püşk atma yolu ilə seçilmiş şəxslərin yekun qalib statusunu təsdiq edilməsi, habelə mükafatların təqdim olunması üçün əsas sayılır.

Hazırki Kampaniyada iştirak edən şəxs, hazırki Reqlamenti tam, aydın və ikimənalı olmayan qaydada başa düşdüyünü və qəbul etdiyini təsdiq edir.

Kampaniyanın yalnız qanuni və düzgün keçirilməsini təmin etmək məqsədilə, Təşkilatçı Reqlamentə riayət etməyən və / yaxud yalançılıqda şübhəli bildiyi hər hansı İştirakçını Kampaniyadan kənarlaşdırmaq hüququna malikdir.

 

BÖLMƏ 5. KAMPANİYANIN MEXANİZMİ

Kampaniya müstəsna olaraq Facebook sosial şəbəkəsinin “MoneyTransferAzerbaijan” səhifəsində (www.facebook.com/MoneyTransferAzerbaijan) keçirilir.

Bölmə 6-da qeyd edilən müddəaları yerinə yetirən iştirakçılar, hazırki bölmədə qeyd edilən müddəaları da yerinə yetirdikləri halda, Kampaniyanın Bölmə 7-də əks olunmuş mükafatlarının qalibləri sayıla bilərlər.

Yuxarıda göstərilən şərtləri yerinə yetirdikdən sonra hər bir iştirakçı:

1. Facebook sosial şəbəkəsində şəxsi hesaba malik olmalı;

2. Tətbiqetməni işə salmazdan əvvəl, “bəyənirəm” (“like”) düyməsini sıxmaqla, Təşkilatçının Facebook səhifəsini (www.facebook.com/MoneyTransferAzerbaijan) “bəyənməli” və səhifəyə üzv olmalı;

3. Kampaniya keçirilən dövrdə Təşkilatçının Facebook səhifəsində (www.facebook.com/MoneyTransferAzerbaijan) tətbiqetməni işə salmalı; (“Tətbiqetmədən istifadə et” düyməsi)

4. Tətbiqetmənin ərizə formasını aşağıdakı məlumatlar ilə doldurmalı:

- soyad və ad (bu məlumatlar tam olmalı və şəxsiyyət vəsiqəsində, habelə verilmiş qəbzdə göstərilmiş məlumatlara uyğun gəlməlidir);

- əməliyyatın MTCN kodunun ilk 5 (beş) rəqəmi (pul köçürməsinin nəzarət nömrəsi);

- elektron poçt ünvanı; yaş; həqiqi telefon nömrəsi; yaşayış məntəqəsi; bankın adı;

5. Formada “Qeydiyyatdan keç” düyməsini basmalı;

6. Hazırki Reqlamentin bütün şərtlərinə riayət etməklə, Kampaniyada iştirak etməlidir.

*Qeydiyyatdan keçmiş istifadəçilər öz status və reytinqlərini yoxlaya bilərlər. Bunun üçün

* Yekun olaraq təsdiqlənmək və mükafatı qazanmaq üçün, püşk atma nəticəsində potensial qalib seçilmiş iştirakçı, Kampaniyada qeydiyyatdan keçdiyi zaman istifadə etdiyi pulköçürmə əməliyyatının həyata keçirilməsini sübut etməlidir; qaliblərin yekun olaraq təsdiqlənməsi haqqında hazırki Reqlamentin Bölmə 7 “Qaliblərin tanınması, mükafatların verilməsi” hissəsində daha ətraflı məlumat verilmişdir.

* Bir iştirakçı eyni Facebook hesabından istifadə etməklə bu kampaniyada bir neçə dəfə qeydiyyatdan keçə bilər: bu şərtlə ki, oxşar qeydiyyat zamanı “Western Union” vasitəsilə müxtəlif pulköçürmə əməliyyatları üzrə müxtəlif MTCN kodları daxil edilməlidir.

* İştirakçı, Kampaniyada yalnız şəxsən həyata keçirdiyi  pulköçürmə əməliyyatı (nağd pulun göndərilməsi və ya alınması) nəticəsində əldə edilmiş qəbz vasitəsilə qeydiyyatdan keçə bilər. Belə ki, nağd pulun göndərilməsi əməliyyatını yerinə yetirmiş şəxs, müsabiqədə yalnız şəxsi məlumatların və pulköçürmə zamanı verilmiş qəbzin MTCN kodunun ilk 5 rəqəminin daxil edilməsi vasitəsilə qeydiyyatdan keçə bilər; nağd pulun alınması əməliyyatını yerinə yetirmiş şəxs, müsabiqədə yalnız şəxsi məlumatların və pulun alınması zamanı verilmiş qəbzin MTCN kodunun ilk 5 rəqəminin daxil edilməsi vasitəsilə qeydiyyatdan keçə bilər.

* Bu Kampaniyada əvvəlki pul köçürmə əməliyyatları üzrə olan qəbzlər iştirak edə bilməz.

* Bu Kampaniyada yalnız yuxarıda göstərilən və bütün şərtlərə cavab verən qəbzlər qeydiyyatdan keçə bilər.

* Püşkatma yolu ilə seçilmiş qalib, iştirak edən müvafiq əməliyyatın məxfi MTCN kodunun əməliyyatın təsdiqinin (fotosurət / skanerdən çıxarılmış surətin) göndərilməsi ərzində onun artıq istifadəsinin təmin edilməsi ilə bağlı öz üzərinə öhdəlik götürür.

* Əgər potensial qalib bir neçə MTCN kodunu (bir neçə pulköçürmə əməliyyatı üzrə) qeydiyyatdan keçirərsə, məhz hansı seçilmiş MTCN kodu ilə fotosurət / skanerdən çıxarılmış surətin təqdim edilməli olduğu barədə ona məlumat veriləcək.

 

BÖLMƏ 6. KAMPANİYANIN MÜKAFATLARININ BÖLÜNMƏSİ, PÜŞKATMA

Püşkatma mərasimində Kampaniyanın keçirildiyi müvafiq dövrdə qəbul edilmiş bütün həqiqi ərizələr iştirak edir.

Təşkilatçı aşağıda göstərilən qrafikə uyğun olaraq elektron püşkatmanı həyata keçirir:

Püşkatmanın nömrəsi və tarixi:

1. 5 oktyabr 2015-ci il (www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində 4 oktyabr 2015-ci il tarixinə kimi qeydiyyatdan keçməklə, 2015-ci ilin 1-30 sentyabr tarixlərində həyata keçirilmiş əməliyyatlar daxil olmaq şərtilə)

2. 5 noyabr 2015-ci il (www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində 4 noyabr 2015-ci il tarixinə kimi qeydiyyatdan keçməklə, 2015-ci ilin 1-31 oktyabr tarixlərində həyata keçirilmiş əməliyyatlar daxil olmaq şərtilə)

3. 5 dekabr 2015-ci il (www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində 4 dekabr 2015-ci il tarixinə kimi qeydiyyatdan keçməklə, 2015-ci ilin 1-30 noyabr tarixlərində həyata keçirilmiş əməliyyatlar daxil olmaq şərtilə)

4. 5 yanvar 2016-cı il (www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində 4 yanvar 2016-cı il tarixinə kimi qeydiyyatdan keçməklə, 2015-ci ilin 1-31 dekabr tarixlərində həyata keçirilmiş əməliyyatlar daxil olmaq şərtilə)

 

Təşkilatçıdan asılı olmayan səbəblərə görə potensial qaliblər həqiqi sayılmadığı halda, qaliblər müəyyən edildikdən sonra, daha 10  (on) “ehtiyat qalib” seçiləcəkdir. Ehtiyatların tanınması üçün şərtlər və müddəalar qaliblər üçün nəzərdə tutulanlar ilə eynidir: “ehtiyatlar” seçilən zaman, onlara bu barədə məlumat veriləcək.

Əgər iştirakçı müəyyən zaman kəsiyindən sonra istifadə müddəti bitən müvəqqəti hesablardan və ya onlara məxsus olmayan hesablardan istifadə etməklə Kampaniyada qeydiyyatdan keçibsə, yaxud bu və ya digər iştirakçı Kampaniyanın aldadılmasında şübhəli bilinirsə, bu halda Təşkilatçı belə iştirakçıların qalibiyyətini təsdiqləyən qərarı ləğv etmək, ya da belə iştirakçıları Kampaniyadan kənarlaşdırmaq hüququna malik olacaqdır.

 

BÖLMƏ 7. TƏQDİM OLUNAN MÜKAFATLAR

Hazırki Kampaniya çərçivəsində Təşkilatçı ümumilikdə 120 mükafat təqdim edir. Mükafatlar aşağıdakılardır:

  • Hər birinin dəyəri 100 ABŞ dolları olmaqla, 60 mükafat
  • Hər birinin dəyəri 100 ABŞ dolları olmaqla, 60 mükafat

Mükafatların ümumi dəyəri 12,000 ABŞ dolları təşkil edir.

Əgər qalib şəxs udulmuş mükafatı qəbul etməkdən imtina edərsə, həmin mükafat digər hədiyyə və ya hər hansı imtiyaz ilə əvəz olunmur. Mükafatların verilməsi, Kampaniyanı keçirən Agentlik vasitəsilə Təşkilatçının vəzifələrinə daxildir.

 

BÖLMƏ 8. QALİBLƏRİN TƏSDİQLƏNMƏSİ VƏ MÜKAFATLARIN VERİLMƏSİ

Püşkatma yolu ilə potensial qaliblər müəyyən olunduqdan sonra Kampaniyanın keçirildiyi Agentliyin nümayəndəsi elektron poçt, telefon və ya Facebook şəbəkəsində şəxsi mesaj yolu ilə potensial qaliblər ilə əlaqə saxlamaq üçün lazımi sorğular göndərir. İştirakçıya onun qalib statusunu təsdiqləmək üçün aşağıdakıların tələb olunduğu bildirilir:

-                      Qaliblə əlaqə saxlanıldıqdan sonra ən geci 6 (altı) təqvim günü ərzində cristina.barbaiani@gpi-company.com elektron ünvanına “Western Union” vasitəsilə pulköçürmə əməliyyatının həyata keçirilməsini təsdiqini (Kampaniyada qeydiyyatdan keçən zaman istifadə edilən) və müvafiq olaraq, əməliyyatın həyata keçirilməsi zamanı əldə edilmiş qəbzin fotosurəti / skanerdən çıxarılmış surəti / fotoşəklini etibarlı şəxsiyyət vəsiqəsinin surəti ilə yanaşı göndərmək.

Sənədlərin həqiqiliyini təsdiqləmək üçün müsabiqə formasına nağd vəsaitlərinin göndərilməsi üzrə əməliyyatı həyata keçirmiş şəxs tərəfindən daxil edilən məlumatlar, qəbzdəki “GÖNDƏRƏN” sözünün rast gəlindiyi xanalarda qeyd edilən məlumatlar (“Göndərənin soyadı”, “Göndərənin adı”), habelə şəxsiyyət vəsiqəsinin məlumatları ilə uyğunluq təşkil etməlidir. Müsabiqə formasına nağd vəsaitlərinin alınması üzrə əməliyyatı həyata keçirmiş şəxs tərəfindən daxil edilən məlumatlar, qəbzdəki “Alanın adı” sözünün rast gəlindiyi xanalarda qeyd edilən məlumatlar, habelə onun şəxsiyyət vəsiqəsinin məlumatları ilə uyğunluq təşkil etməlidir.

Əgər potensial qalib bir neçə MTCN kodunu (bir neçə pulköçürmə əməliyyatı üzrə) qeydiyyatdan keçirərsə, məhz hansı seçilmiş MTCN kodu ilə fotosurət / skanerdən çıxarılmış surətin təqdim edilməli olduğu barədə ona məlumat veriləcək.

Əgər püşk atma nəticəsində qalib elan edilmiş iştirakçı pul köçürmə əməliyyatının (Kampaniyada qeydiyyat zamanı istifadə etdiyi)  həyata keçirilməsinin sübutunu təqdim edə bilməzsə, bu halda qalibin statusu geri götürülür və qalibiyyət birinci ehtiyata verilir.

Əgər potensial qalib seçilən İştirakçı ilə əlaqə qurmaq mümkün deyilsə, yaxud Təşkilatçı yuxarıda göstərilən müddət ərzində mükafatın həqiqiliyinin tanınması üçün lazımi məlumatları əldə etməzsə, ya da qalib mükafatdan imtina edərsə, qalibin statusu geri götürülür və birinci “ehtiyat qalibə” ötürülür.

Əgər müəyyən mükafat üçün qalib və ehtiyat şəxslər etibarsız sayılırsa, mükafat heç kimə təqdim olunmur və Təşkilatçının mülkiyyətində qalır.

Mükafatlardan əlavə, qaliblər Protokolun ikinci sürətini əldə edirlər və bu sənədi imzalamağa görə cavabdehlik daşıyırlar.

 

BÖLMƏ 9. QALİBLƏRİN ELAN EDİLMƏSİ

Qaliblərin siyahısı, onların yekun olaraq təsdiqləndiyi tarixdən sonra ən geci 10 iş günü ərzində  www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində dərc edilir.

 

BÖLMƏ 10. MƏSULİYYƏTİN MƏHDUDİYYƏTİ

Reqlamentin Bölmə 4 hissəsində göstərilmiş müddətdən sonra və ya bu müddətə qədər qeydiyyatdan keçmiş ərizələr nəzərə alınmayacaq.

Təşkilatçı və Western Union MMC Kampaniyada qeydiyyat zamanı Kampaniyada qeydiyyatdan keçməyi arzu edən şəxsin internetə qoşulmasından irəli gələn və ya internet provayderin səbəb olduğu hər hansı itkilər, ləngimələr və ya hər hansı digər problemlərə görə məsuliyyət daşımırlar. Bundan əlavə, internet provayder tərəfindən elan edilməyən hər hansı xəta və ya nasazlıqlar, ya da intensiv trafik dövründə şəbəkələrin tutulmasına görə girişin daxili qadağası səbəbindən Kampaniyada qeydiyyat prosesini təhlükə altına qoymasına görə Təşkilata qarşı heç bir iddia irəli sürülməməlidir.

Təşkilatçı və Western Union MMC Kampaniyada iştirak edən bir neçə şəxsin eyni hesab və ya elektron poçt ünvanına malik olması hüququnu təqdim etdiyi vəziyyətlərə görə cavabdehlik daşımır; mükafat yalnız öz əlaqə məlumatlarını bildirən və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin surətini göndərən şəxsə təqdim olunur.

Təşkilatçı, səbəbindən asılı olmayaraq, qalibin və / və yaxud onun qanuni nümayəndələrinin hər hansı səbəbdən mükafata yiyələnməməsinə görə cavabdehlik daşımır.

Təşkilatçı və Western Union MMC qazanılmış mükafatla əlaqədar qalibə və ya onun qanuni nümayəndələrinə dəyə bilən hər hansı ziyana görə heç bir məsuliyyət daşımır.

Təşkilatçı və Western Union MMC Facebook platforması çərçivəsində yaranan səhvlərə görə Kampaniyanın tətbiqetməsinin işinin dayandırılmasına və ya işləməməsinə görə məsuliyyət daşımır. Belə olduğu halda, Kampaniya problemlər həll olunana qədər öz işini dayandırır.

 

BÖLMƏ 11. VERGİLƏR VƏ TUTULMALAR

Təşkilatçı və Western Union təqdim edilən mükafatlarla bağlı vergilər, rüsumlar və ya başqa maliyyə öhdəliklərinin ödənilməsi görə cavabdehlik daşımırlar. Belə ki, reklam kampaniyalarından daxil olmuş fərdi gəlirlərə tətbiq olunan ödəmə mənbəyindən gəlir vergisi istisna sayılır və belə vergi Kampaniyanın Təşkilatçısı tərəfindən hesablanmalı və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə köçürülməlidir; həmçinin, Kampaniyanın keçirilməsi ərzində adi xərclər (yəni, qeydiyyat üçün İnternetə çıxışla, Kampaniyanın keçirilməsinə dair Rəsmi reqlamentinin əldə edilməsi sorğusu və s. ilə bağlı xərclər) istisna olmaqla, Kampaniyanın İştirakçılarına qarşı heç əlavə və dolayı xərclər tətbiq edilmir.

 

BÖLMƏ 12. ÖHDƏLİKLƏR, MƏLUMATLARIN MƏXFİLİYİ

Qeydiyyatdan keçmiş müştərilər və Kampaniyanın mükafatlarının qalibləri Reqlamentdə aydın göstərilmiş üsullar vasitəsi ilə öz şəxsi məlumatlarını bildirməklə, Reqlamentin bütün müddəaları ilə razılaşırlar və öz şəxsi məlumatlarının həqiqiliyin təsdiqlənməsi, mükafatların verilməsi və Kampaniyanın təşkilatçılarının vergi öhdəliklərinin icrası məqsədilə Təşkilatçının məlumat bazasına daxil olunmasına öz açıq və ikimənalı olmayan razılıqlarını bildirirlər.

Təşkilatçı və Agentlik bütün İştirakçıların şəxsi məlumatlarının məxfiliyinə zəmanət verirlər. Qalibin açıq tələbinə əsasən, Təşkilatçı onun məlumatlara daxil olmaq, məlumatları əldə etmək, məlumatlarda dəyişiklik etmək və etiraz etmək hüquqlarını təmin edir. Bu hüquqların icrası üçün İştirakçılar Təşkilatçının ünvanına məktub-sorğu yönəltməlidirlər: “Grupul Proiectelor Inteligente” MMC, Azərbaycan Respublikası, Bakı AZ1065, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40.

Kampaniyanın keçirilməsinə müqavilə əsasında cəlb edilmiş tərəfdaşlardan başqa və Təşkilatçının qüvvədə olan qanunvericiliklə ona şamil olunan tələblərə riayət etməli olduğu hallar istisna olmaqla, hazırki Kampaniya çərçivəsində toplanılan şəxsi məlumatların üçüncü şəxslərə ötürülməsi qadağandır.

Təşkilatçı hazırki Kampaniya çərçivəsində verilən mükafatların sahiblərindən və iştirakçılardan onların ad və soyadlarının, onların yaşadığı yerin və fotoşəkillərinin müxtəlif çap, audio və videomateriallarda təmənnasız olaraq istifadə edilməsini tələb edə bilər. Buna öz razılığını bildirmək üçün, iştirakçı / mükafatı alan şəxs razılıq şərtlərinin aydın və birmənalı olmayan şəkildə ifadə edildiyi xüsusi bəyannaməni imzalayır.

“Grupul Proiectelor Inteligente” MMC hazırki Kampaniyanın İştirakçıları tərəfindən verilən şəxsi məlumatları müəyyən marketinq, reklam və stimullaşdırıcı fəaliyyətlərin keçirilməsi məqsədilə emal edir.

 

BÖLMƏ 13. MÜBAHİSƏLƏR

Təşkilatçı və Kampaniya İştirakçıları arasında yaranan hər hansı mübahisələr sülh yolu ilə həll edilir. Əgər mübahisələrin həllini qarşılıqlı anlaşma və sülh yolu ilə həll etmək mümkün deyilsə, mübahisəyə cəlb edilən tərəflər mübahisə predmetini müzakirə üçün Azərbaycan Respublikasının səlahiyyətli məhkəmə instansiyalarına təqdim edirlər.

Kampaniyanın keçirilməsi ilə bağlı qaliblərin mümkün şikayətləri öz hüquqlarının pozulduğunu iddia edən qalib və ya qaliblərin adlarının dərc edildiyi tarixdən sonra 1 həftə ərzində aşağıdakı ünvana göndərilə bilər: Azərbaycan Respublikası, Bakı AZ1065, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40. Bu tarixdən sonra, mahiyyətindən asılı olmayaraq, Təşkilatçı tərəfindən heç bir etiraz qəbul edilmir.

Təşkilatçı bu Kampaniya və ya sistem çərçivəsində hazırki Kampaniyanın nüfuzuna və ya dəyərinə təsir göstərə bilən hər hansı aldadıcı əməliyyatlar, sui-istifadə halları və ya istənilən digər cəhdlərin həyata keçirilməsinə qarşı bütün lazımi tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaqdır.

Əgər mükafatların alınmasına təsir edən və ya fırıldaq yolu ilə mükafatların alınmasını asanlaşdıran şəxslər aşkar edilərsə, Təşkilatçı mövcud sübut və dəlillərə əsasən, müvafiq şəxslər barəsində məhkəmə-hüquq orqanlarına müraciət etmək hüququna malik olacaq.

 

BÖLMƏ 14. KAMPANİYAYA XİTAM VERİLMƏSİ

Hazırki Reqlamentin icrasını təmin etmək məqsədilə, “fors-major” şəraiti dedikdə, Təşkilatçının nəzarət etmək, qarşısını almaq və ya qabaqcadan proqnozlaşdırmaq iqtidarında olmadığı və ya baş verən zaman Təşkilatçının hazırki Reqlamentə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını mümkünsüz edən hallar nəzərdə tutulur.

Əgər fors-major şəraiti Reqlamentin icrasına və Kampaniyanın davamına qismən və ya bütünlükdə maneə törədərsə, bu halda Təşkilatçı problemlərin davam etdiyi və ya icranın gecikdirildiyi müddətə mütənasib olaraq öz öhdəliklərini icra etmək məsuliyyətdən azad ediləcək. Əgər Təşkilatçı Azərbaycan Respublikası Sənaye və Ticarət Palatası tərəfindən təsdiq edilmiş fors-major şəraitinə istinad edərsə, bu halda Təşkilatçı baş verdiyi andan etibarən 30 iş günü ərzində belə fors-major şəraitinin mövcudluğu barədə Kampaniyanın İştirakçılarına məlumat verməyə görə cavabdehlik daşıyır.

 

BÖLMƏ 15. REKLAM KAMPANİYASININ RƏSMİ REQLAMENTİ

Əlavə məlumatlar, həmçinin Kampaniyanın Rəsmi Reqlamenti www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində təmənnasız olaraq Kampaniyanın bütün İştirakçılarına təqdim olunur. Əlavə məlumat üçün (+994) 12 492 30 64 telefon nömrəsinə zəng etməklə və ya “Grupul Proiectelor Inteligente” MMC şirkətinin ünvanına (Azərbaycan Respublikası, Bakı AZ1065, Yasamal rayonu, Cəfər Cabbarlı küç. 40) məktubla müraciət etməklə, bizimlə əlaqə saxlaya bilərsiniz.

 

“Grupul Proiectelor Inteligente” MMC